Close

Melkumyan da saxlanıldı

Azərbaycanın Qarabağ bölgəsində ləğv edilmiş xuntanın qondarma “təhlükəsizlik xidmətinin rəhbəri” Ararat Melkumyan saxlanılıb.

TNS xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Melkumyan general-mayor hərbi rütbəsinə malikdir. O, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin birinci ordu korpusunun komandiri və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Cəbrayıl rayonundakı işğalçı qüvvələrinin IX müdafiə rayonunun komandiri olub.