Close

Xocavənddə körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlanıb - FOTO

Xocavənd rayonu ərazisində 4 ədəd körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

Aşkar edilən partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.

651a98d7eec0a651a98d7eec0b1696241879651a98d7eec08651a98d7eec09

651a98d8046f8651a98d8046f91696241879651a98d8046f6651a98d8046f7