"Şuşada çoxrmərtəbəli bina tikilməyəcək"

"Şuşada çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb".
TNS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
"Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub. Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun baş planı qurmuşuq. Buna əsasən, Şuşada çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb", -o bildirib.
Aydın Kərimov qeyd edib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var: "Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb".