Close

Xankəndidə mobil rabitə, televiziya və radio yayımı təşkil ediləcək

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

TNS xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müzakirə olunan məsələlərlə bağlı məlumat yayıb.

“Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər”, - məlumatda bildirilib.