Xocavənddə bu abidə hərbi məqsədlər üçün istifadə olunub - VİDEO
80
14:00 - 29 Sentyabr 2023

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.
TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.