Close

Xankəndi yaxınlığında partlayışda yaralanmış daha 6 nəfər ölüb

Qarabağdan Ermənistan xəstəxanalarına aparılmış 7 nəfər ölüb.

TNS xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib, Qarabağın müxtəlif tibb müəssisələrindən müalicə üçün Ermənistana aparılan 7 nəfər orada ölüb. Onların arasında 6 nəfər Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alıb.