Naxçıvan sakinləri Türkiyədə qəzaya düşdü - Ölən və yaralılar var
166
11:22 - 27 May 2025

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.
TNS xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.