Close

Naxçıvana yeni nazir təyin olunub - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təyinat olub.

TNS-in əldə etdiyi məlumata görə, Rəfael Quliyev kənd təsərrüfatı naziri təyin edilib.

Yeni nazir bu gün kollektivə təqdim olunub.

08:38

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təyinat olacaq.

TNS-in əldə etdiyi məlumata görə, Rəfael Quliyev kənd təsərrüfatı naziri təyin ediləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçiriləcək iclasında bu məsələ müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Rəfael Quliyev əvvəllər Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin rəisi, aparat rəhbəri vəzifələrində çalışıb.