Tehran danışıqların uğursuz olacağını düşünür

Tehran və Vaşinqton arasında nüvə danışıqları ABŞ-nin mövqeyinə görə uğursuz ola bilər.
TNS Reuters-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
Onun sözlərinə görə, Vaşinqton Tehran tərəfindən uranın sıfır zənginləşdirilməsində israr etsə, İran və ABŞ arasında danışıqlar heç bir nəticə verməyəcək.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmaq planlarından imtina edəcəyi təqdirdə onunla razılaşmağa hazır olduğunu bildirib. “Tehran həmçinin terrorizmi himayə etməyi dayandırmalı, proksi müharibələrdən əl çəkməli və nüvə ambisiyalarından tamamilə əl çəkməlidir”,- deyə o qeyd edib.
Qeyd edək ki, mayın 11-də Omanın Maskat şəhərində İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu keçirilib.