Naxçıvanda intihara cəhdin qarşısı alınıb
17
11:37 - 19 May 2025

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfər yüksəkliyə çıxaraq intihar etmək istəməsi barədə məlumat daxil olub.
TNS nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb.
Nəticədə intihara cəhd edən vətəndaş xilas edilib və yüksəklikdən endirilərək aidiyyəti üzrə təhvil verilib.