Close

12:54
16 May 2025
12:20
16 May 2025

Muxtar Məmmədovun nəşi Naxçıvana aparıldı - FOTO

Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin qarşılanma mərasimi keçirilib.

TNS xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb.

Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

1747370544660542303_1200x630