Yeni nazir kimdir? - DOSYE
86
14:07 - 06 May 2025

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.
TNS xəbər verir ki, K. Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub.
Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub.
Azərbaycan Dövlət Neft Akademiyasında Menecment və strateji idarəetmə ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə əmək fəaliyyətinə başlayıb.
İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 2024-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.