Azərbaycanda yeni iqtisadiyyat naziri təyin olundu - FOTO
79
11:39 - 06 May 2025

Naxçıvan Muxtar Respublikasında yeni təyinat olub.
TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri vəzifəsinə Kazım Hüseynəliyev təyin edilib.
Qeyd edək ki, bu təyinatadək Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifələrini Abbas Cəlil oğlu İsmayılov icra edib.