Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
16
18:18 - 22 Aprel 2025

Naxçıvanda işə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən şəxs tutulub.
TNS xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Yusifov Araz saxlanılıb.
Faktla bağlı Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.