DTX və Baş Prokurorluq Naxçıvanda bu qurumlarda araşdırma aparır - RƏSMİ

Xəbər verdiyimiz ki, Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında bir sıra qurumlarda ciddi qanun pozuntuları aşkarlayıb və faktlar araşdırılması üçün Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.
TNS xəbər verir ki, Palata həmin qurumların adlarını açıqlayıb.
Belə ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ona bağlı qurumlar;
–Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC;
– Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindəki qanunsuzluqlarla bağlı materiallar Baş Prokurorluğa göndərilib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumlarda, eləcə də Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindəki qanun pozuntuları və uyğunsuzluqlarla bağlı faktlar isə DTX-yə təqdim olunub.
Hesablama Palatasının məlumatına görə, yoxlamalar zamanı dövlət vəsaiti və əmlakından istifadə ilə bağlı ciddi uyğunsuzluqlar müəyyən olunub.
"TNS" İnformasiya Agentliyi mütəmadi olaraq Naxçıvanda baş verən qanunsuzluqları, problemləri işıqlandırır. Adı çəkilən qurumlardakı özbaşınalıq və qanun pozuntuları ilə bağlı da dəfələrlə məqalələr yayımlanıb.