Close

Naxçıvanda nazirliyin tenderinə iştirakçı tapılmadı - Ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlı elan edilən tender ləğv edilib.

TNS xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 420 min 116 manat 60 qəpik idi.

Satınalma çərçivəsində fövqəladə halların idarə olunması üçün zəruri sayılan tekstil və geyim məhsullarının alınması planlaşdırılırdı.

Müsabiqə 7 mart 2025-ci il tarixində saat 14:49-da elan olunmuş, təkliflərin təqdim olunması üçün son tarix isə 10 aprel 2025-ci il saat 17:00 olaraq müəyyən edilmişdi. Zərflərin açılması da həmin gün və saatda keçirilməli idi.

Lakin tender “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv olunub. Qanuna görə, əgər satınalmada iştirak etmək üçün təklifi və onun təminatını təqdim etmiş, həmçinin tələb olunduqda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdırsa, tender proseduru həyata keçirilmir və müsabiqə ləğv edilir.

Beləliklə, Naxçıvan FHN-in planlaşdırdığı bu vacib satınalma da iştirakçı çatışmazlığı səbəbilə baş tutmayıb.