Naxçıvanda ağır qəza olub: xəsarət alanlar var
38
22:37 - 12 Aprel 2025

Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri: 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.