Naxçıvanla bağlı bu məlumat feykdir – Sabiq nazir müavini yüksək vəzifəyə təyin edilməyib

Dünən bir sıra media orqanlarında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinə (publik hüquqi şəxs) yeni direktor təyin olunduğu ilə bağlı xəbər dərc edilib.
Bildirilib ki, müvafiq əmrlə Bədəl Fizuli oğlu Həsənov sözügedən qurumun rəhbəri təyin olunub.
TNS dəqiqləşdirib ki, bu məlumat həqiqəti əks etdirmir.
Bədəl Həsənov xeyli vaxtdır ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində çalışır.
Qeyd edək ki, Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyib.