Close

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin ediləcək

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.

TNS Report-a istinadla xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

İclasda Mehdi Ədalət oğlu Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.