Close

19:40
30 Mart 2025

Naxçıvanda ər arvadını tavandan asaraq öldürdü

Naxçıvanda həyat yoldaşını tavandan asaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

TNS verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü, iki uşaq anası Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Araşdırma nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. A.İbrahimli şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.