Sabah Naxçıvanın bu kəndlərində qaz olmayacaq
28
22:36 - 22 Mart 2025

Sabah Şərur rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
TNS xəbər verir ki, 159 mm boruda çat yarandığı üçün təmir işləri aparılması məqsədilə saat 10:00-dan saat 12:00-dək Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.