Close

09:09
21 Mart 2025

Nazirlik Naxçıvan əhalisinə xəbərdarlıq etdi

Martın 23-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, muxtar respublikada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə 10-15 m/san sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti 18 m/san-dək güclənəcək.

Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.