Naxçıvanda fərdi yaşayış evində yanğın olub - FOTO-VİDEO
25
20:30 - 14 Mart 2025

Naxçıvan Muxtar Respublikanın Kəngərli rayonunun Xok kəndində fərdi yaşayış evi yanıb.
TNS-in əldə etdiyi məlumata görə, Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğın baş verən əraziyə cəlb olunublar.
Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 230 m² olan yaşayış evinin 99 m² hissəsi yanıb, 131 m² isə yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı