Close

18:27
10 Mart 2025

Şahbuzda yanğın olub

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Badamlı kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın baş verib.

TNS xəbər verir ki, hadisə yerinə dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri cəlb olunublar.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində 1650 kg ot tayası, tayanın üzərinə qurulan çardağın 60 m² hissəsi yanıb, 600 kq ot bağlaması, çardağın 20 m² hissəsi və 80 m² sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.