Close

Nicat Yaqubova Naxçıvanda yüksək vəzifə verildi

Nicat Yaqubov Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib.

TNS xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent N. Yaqubov bundan öncə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.