Naxçıvanda sabiq sədr saxlanıldı

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin idarə heyətinin sabiq sədri Bəhruz Əsgərov saxlanılıb.
Bu barədə TNS-ə Naxçıvandakı mənbə məlumat verib.
Bəhruz Əsgərov Dövlət Agentliyində aparılan yoxlamalardan sonra vəzifəsindən azad edilmişdi.
İddia olunur ki, yoxlamalar zamanı agentlikdə bir sıra qanunsuzluqlar aşkara çıxarılıb.
Mənbənin sözlərinə görə, Bəhruz Əsgərov Naxçıvanın yeni rəhbərliyinə yaxınlığı ilə seçilib. Səlahiyyətli nümayəndə Fuad Nəcəfli tədbirlərdə dəfələrlə onun fəaliyyətini yüksək qiymətləndirib, Dövlət Agentliyinin rəhbərini digər məmurlara nümunə göstərib. Belə "nümunəvi" məmurun həbsi bir sıra ciddi suallar yaradıb.