DİM Naxçıvanla bağlı bu tapşırıqları yerinə yetirib

Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını tam təmin edib.
TNS xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2023-cü il tarixli 496s nömrəli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılmış monitorinqlərin nəticələrinə dair müvafiq məlumatlar elektron modula əlavə edilib.
Dövlət Proqramının icrası ilə əlaqədar monitorinqin nəticələrinə əsasən Dövlət İmtahan Mərkəzi 2024-cü ildə aşağıdakı indikatorlar üzrə tapşırıqların icrasını 100% təmin edib:
Dövlət orqanları üzrə vəzifə təlimatlarının hazırlanması;
Naxçıvan Muxtar Respublikasında qulluq keçən dövlət qulluqçuları haqqında məlumatların Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi;
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılması: test imtahanı və müsahibələrin həyata keçirilməsi.