Close

13:04
07 Fevral 2025

Naxçıvana qanunsuz tomat pastası və qaz ocağı keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Naxçıvana bəyan edilməyən tomat pastasının və qaz ocağının keçirilməsinin qarşısını alıb.

TNS xəbər verr ki, bu barədə DGK-ya istinadla xəbər verir.

Belə ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinə daxil olan məlumat əsasında İran ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı yol-nəqliyyat sənədində odun doğrayan maşının ehtiyyat hissələri kimi qeyd olunan 583 kq yükün İran ərazisində boşaldıldığı və yerinə nəqliyyat qaiməsində göstərilməyən, sürücünün bəyan etmədiyi, ümumi çəkisi 529 kq olan 588 ədəd tomat pastası və 10 ədəd qaz ocağı yüklənildiyi müəyyən olunub.

517eb8c0-5e81-301b-b389-a74aee1919a0