Close

Naxçıvan əhalisi “kef edir” – Heç Bakıda da belə “şərait” yoxdur - VİDEO

Son 2 ildə Naxçıvanda xidmət sektorunun inkişaf etdirilməsi, əhalinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradılması adı altında xeyli pub, kafe, restoran açılıb. Muxtar respublikada xidmət sektorunun müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilməlidir. Bu, uzun illər qapalı formada yaşamağa məcbur olan insanların asudə vaxtlarının səmərəli təşkili, muxtar respublikaya daha çox turust cəlb edilməsi baxımından önəmlidir. Ancaq xidmət sektorunda yeni açılan müəssisələrin fəaliyyəti milli dəyərlərimizə zidd olmamalıdır. O da nəzərə alınmalıdır ki, Naxçıvan mühafizəkar yerdir, bölgə əhalisi milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirir. Muxtar respublika əhalisinin xarakterinə, adət-ənənələrinə yad davranışlar qəbul edilmir, tezliklə ciddi reaksiya doğurur, fəsadlar törədir.

Naxçıvan sakinlərinin TNS-ə göndərdikləri videolar bu dediklərimizi təsdiqləyir. Adının açıqlanmasını istəməyən Naxçıvan şəhər sakininin redaksiyaya göndərdiyi qısa məktubda “Biz belə Naxçıvan istəmirik” yazması onu göstərir ki, əhali yeni açılan bəzi xidmət obyektlərinin fəaliyyətindən narazıdır. Vətəndaş ironiya ilə yazır: “Naxçıvan əhalisi “kef edir”. Heç Bakıda da belə “şərait” yoxdur”.

Naxçıvan şəhərində və Şərur rayonunda yeni fəaliyyətə başlayan, sosial şəbəkələrdə reklamı aparılan bəzi obtyektlərin görüntülərini təqdim edir, nəticə çıxarmağı muxtar respublika əhalisinin və aidiyyəti dövlət orqanlarının rəhbərlərinin ixtiyarına buraxırıq.