Close

"Səbəb internet şəbəskəsinin zəifliyidir" - Naxçıvan sakinlərinin şikayəti ilə bağlı AÇIQLAMA

Naxçıvanda MPAY ödəniş sisteminin işi ilə bağlı vətəndaşlar tez-tez problemlər yaşayır.

Bu barədə TNS-ə Naxçıvan sakinləri məlumat veriblər. Belə ki, sakinlər ödəniş etdiyi halda, sonradan məbləğin təsdiq olunmadığı ortaya çıxır.

TNS-in bu halların nə üçün yaşandığı ilə bağlı sualına MPAY-dan cavab olaraq bildirilib ki, səbəb internet şəbəskəsinin zəifliyidir: “Naxçıvan ərazisində internet şəbəkəsi zəif olduğu üçün xidmətdən yararlanmaq istəyən vətəndaşlar tez-tez problemlərlə üzləşirlər. Bununla bağlı MPAY aidiyyəti üzrə müraciət edib. Bildirilib ki, bu problemlər tezliklə aradan qaldırılacaq”.

O da qeyd olunub ki, uğursuz ödəniş əməliyyatları MPAY əməkdaşları tərəfindən həll olunur, ödəniş əməliyyatı təkrarlanır.

Sadəcə olaraq, vətəndaş kartla birlikdə terminala yaxınlaşıb, smartkart bərpa xidmətindən istifadə etməklə əməliyyatı təsdiq etməlidir.

Qeyd edək ki, Naxçıvandakı ödəniş terminallarını internetlə muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmin edir.