Naxçıvanda “Xalq ulduzu”nun yerinə onu təyin etdilər
287
19:04 - 02 Noyabr 2024
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyinat olub.
TNS xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Kamandar Asəf oğlu Ələkbərov bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Kamandar Ələkbərov bu təyinatadək Aparatın Kadr və ümumi işlər sektorunun müdiri vəzifəsində işləyib.
Xatırladaq ki, K. Ələkbərov bu vəzifədə Vəli Səfərovu əvəzləyib. V. Səfərov 2006-cı ildə keçirilən "Xalq ulduzu" musiqi yarışmasının qalibi olub.