Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Naxçıvanlı nazir qayınatasına bahalı maşınlar və mənzillər alıb - FOTO

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun qayınatasına bahalı avtomobillər və mənzillər aldığı iddia edilir.

TNS xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi Sima Babayeva özünün şəxsi səhifəsində yazıb.

“Bir ilin içində qayınatasına 2 ədəd maşın (2023-cü il və 2024-cü il istehsalı “0” km “Toyota Camry” avtomobilləri), yeni tikilidə 2 ədəd 3 otaqlı, 1 ədəd 4 otaqlı təmirli mənzil bağışlayan nazir yeznədən danışım sizə.
Azərbaycanda belə ürəkli nazir yeznələr olduğunu bilirdinizmi? Bəli, beləsi var, özü də Naxçıvanda!
Bu, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovdur”, - deyə Sima Babayeva paylaşımında bildirib.

samiq

P.S.: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.