Close

Naxçıvanda yeni qərar - Məbləğ 150 min manata çatdırıldı

Naxçıvan Muxtar Respublikasında adi ipoteka kreditlərinin maksimal məbləği 100 min manatdan 150 min manata, güzəştli ipoteka kreditlərinin maksimal məbləği isə 90 min manatdan 100 min manata çatdırılıb.

TNS xəbər verir ki, bununla bağlı muxtar respublika Nazirlər Kabinetinin tapşırığı ilə "Naxçıvan İpoteka Fondu" ASC qərar qəbul edib.

Məqsəd əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması, xüsusilə gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılmasıdır.