Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib

Sentyabrın 30-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.

TNS xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclası açıq elan edib, Dövlət Himni səsləndirilib.

İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi, Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi, Ali Məclisin İntizam komissiyasının yaradılması məsələləri daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Ali Məclisin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur. Daxili Nizamnaməyə əsasən, növbəti sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiq olunmalı və Ali Məclisin iclasları bu plana uyğun keçirilməlidir.

Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
İclasda növbəti məsələ - Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə əlaqədar komitələrin təklif olunan tərkibi oxunub, qərar səsə qoyularaq qəbul edilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov gündəlikdə duran sonuncu məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında olduğunu bildirib.
Komissiyanın təklif olunan tərkibi oxunub, qərar səsə qoyularaq qəbul edilib.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası başa çatıb.