Close

Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə ən layiqli namizəd odur - FOTO

Bu həftə  yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının keçiriləcəyi gözlənilir.

TNS xəbər verir ki, sessiyada Ali Məclisin sədri və müavinləri seçiləcək.

Vasif Talıbovdan sonrakı dövrdə Ali Məclis sədrinin kim olacağı ciddi müzakirə mövzusuna çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatı var. Sentyabrın 1-də keçirilən seçkilərdə deputat mandatı qazananlar sırasında Ali Məclisin sədri postuna ən layiqli namizəd Nazim Məmmədovdur.

Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilən Nazim Məmmədovun Naxçıvanda böyük nüfuzu var. Ulu Öndər Heydər Əliyevin yaxın qohumu olan Nazim Məmmədov hər zaman öz sadəliyi ilə seçilib. Deputat Nazim Məmmədov öz biliyi, bacarığı, idarəetmə qabiliyyəti, xeyirxahlığı ilə hər kəsin rəğbətini qazanıb.

Ona görə də TNS-in redaksiyasına göndərilən məktublarda naxçıvanlılar məhz Nazim Məmmədovu sədr postunda görmək istədiklərini qeyd ediblər.

Hesab edirik ki, deputat Nazim Məmmədovun Ali Məclisin sədri seçilməsi Naxçıvanın problemlərinin həlli üçün ən optimal çıxış yoludur. O, həm Naxçıvan əhalisi, həm də Ali Məclisin deputatları tərəfindən dəstəklənə biləcək azsaylı millət vəkilləridən biridir.

HJkZAPJfAI8WiFLsNj6WvzNJ4J942sFYituPzUst