Close

Yeddinci çağırış Naxçıvan Ali Məclisinin birinci sessiyası bu tarixdə keçiriləcək

Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləcək.

Bu barədə TNS-ə Naxçıvandakı mənbələr məlumat verib.

Birinci sessiyada Ali Məclisin sədri və müavinləri, komitə sədrləri seçilməlidir.

Ali Məclisin rəhbərliyinə bir neçə deputatın adı hallanır. Ali Məclis sədrinin kim olacağı sirr kimi saxlanılsa da, deputat Bəxtiyar Məmmədovun sədrin birinci müavini, Arzu Abdullayevin isə müavini seçiləcəyi gözlənilir.