Close

Vasif Talıbovun 27 illik köməkçisi işdən çıxarıldı

Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad edilib.

TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi Məmmədov Ramiz Gülməmməd oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 36 saylı Badamlı seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

7cf7fea1-0444-4da6-9084-82c0755acbda

Xatırladaq ki, Ramiz Məmmədov 27 ilə yaxın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisi işləyib.