Close

Baş nazirin müavini vəzifəsindən azad edildi - Bəxtiyar Məmmədov sədr seçiləcək?

Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bu, nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

Bəxtiyar Məmmədovun Ali Məclisin sədri olacağı barədə xəbərlər yayılıb. Ancaq Naxçıvan Konstitusiyasına görə, bu, mümkün deyil. Onun Ali Məclisin sədri seçiləcəyi iddiası ilə bağlı yazını bu linkdən oxuya bilərsiniz.