Close

Naxçıvanda gəlin maşını qəzaya düşdü - Bir ölü, dörd yaralı

Naxçıvanda ağır yol qəzası olub.

TNS xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı "VAZ-2106" markalı maşınla toqquşub.

Qəza nəticəsində "VAZ-2106"-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər - Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.