Close

Naxçıvanda hansı məmurun anası ermənidir? - ŞOK

“TNS” İnformasiya Agentliyi Naxçıvanın inkişafı, muxtar respublikada aparılan islahatlar, bölgənin problemləri ilə bağlı mütəmadi xəbər yayır. Blokada şəraitində yaşayan Naxçıvana göstərdiyimiz həssas münasibət muxtar respublika əhalisinin diqqətindən yayınmır, insanlar bunu qiymətləndirir. Ona görə də görülən işlər və problemlərlə bağlı redaksiyamıza mütəmadi məlumatlar göndərilir.

TNS Naxçıvandan göndərilən məlumatların əksəriyyətini dəqiqləşdirdikdən sonra ictimailəşdirir. Ancaq elə məlumatlar vardır ki, onların hələlik tam çılpaqlığı ictimailəşdirilməsi məqsədəuyğun deyil.

Agentliyin saytına ünvanlanan və faktlarla göstərilən, dövlətçiliyimiz, təhlükəsizliyimiz üçün əhəmiyyətli hesab etdiyimiz ciddi informasiyalardan birini bu şəkildə ictimailəşdirməyi vətəndaşlıq borcu hesab edirik.

Əslində muxtar respublika rəhbərliyinə ünvanladığımız müraciətə cavab verilsəydi, bu mövzu ictimailəşdirilməyə bilərdi.

Redaksiyaya göndərilən məlumatda iddia olunur ki, Naxçıvan Muxtar Respublikasında yüksək post tutan məmurlardan birinin (adı bizə bəlli olsa da hələlik açıqlamırıq) anası Gülarə Fətullayevanın (ad, soyad şərtidir) atası da, anası da ermənidir.

İddiaya görə, muxtar respublikanın böyük kəndlərindən birinin sakini olan S.F (məmurun babalığı) 1960-cı illərdə Gürcüstana işləməyə gedib, Batumi şəhərində erməni qadınla yaşayıb. Həmin erməni qadının erməni kişidən olma iki qızı olub.

S.F 1973-cü ildə Gürcüstandan qayıdanda həmin erməni qadının qızlarından birini özü ilə kəndə aparıb. Bunun səbəbi indiyədək heç kimə məlum deyil. Erməni qızının həmin vaxt 11 yaşı olub. S.F qızın erməni adını dəyişdirərək azərbaycanlı adı qoyub, ona öz soyadını verib. Məlumatlı mənbə iddia edir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində və Naxçıvanın Ədliyyə Nazirliyinin arxivində bu faktları sübut edən sənədlər var. Arxiv sənədlərindən aydın olur ki, 1962-ci ildə Naxçıvanda doğulanların siyahısında bu qadının adı yoxdur.

Həmin məmur Naxçıvanda strateji post tutur. Onun dövlətimiz üçün mühüm əhəmiyyət daşıyan informasiyalara çıxışı var. Əgər bu iddialar doğrudursa, deməli, ciddi bir təhlükə qarşısındayıq. Tarix sübut edib ki, ermənilərin xisləti heç vaxt dəyişmir. İki əsrdir, ermənilər xalqımızın başına olmazın oyunlarını gətiriblər. Onlar hiyləgərcəsinə bizim içimizə sızaraq məqam gözləyir, fürsət yaranan kimi dövlətimizə və xalqımıza ciddi zərbə vururlar.

Anasının erməni olduğu iddia edilən məmur vaxtilə Naxçıvanın sabiq rəhbəri Vasif Talıbova yaxınlığı ilə seçilib. Məmur 15 ildən çoxdur ki, muxtar respublikada müxtəlif vəzifələrdə çalışır. O, Vasif Talıbovla bağlı silsilə yazıların və kitabların müəllifidir.

Bu məlumatın narahatlıq doğuran məqamlarından biri də məmurun qardaşının tez-tez Gürcüstanda erməni xalası ilə görüşməsinin iddia edilməsidir.

Hesab edirik ki, bu, çox ciddi məsələdir. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi bu məlumatı dəqiqləşdirməli, lazımi tədbirlər görməlidir. Məmur müxtəlif vəzifələrə təyin olunarkən tərcümeyi-halında yalan məlumat verdiyinə, milli kimliyini gizlətdiyinə görə məsuliyyət daşıyır.

Prezidentin səlahiyyətli nümayəndəsini, Ali Məclisin rəhbərliyini, Naxçıvanın baş nazirini bizə göndərilən bu ciddi informasiya ilə bağlı məlumatlandırmışıq.

Mövzunu diqqətdə saxlayacağıq.