Close

Naxçıvanda bir ildən sonra... - FOTO

Naxçıvan Muxtar Respublikasında yerləşən “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən 14 kilometrlik avtomobil yolu təmir olunur.

TNS xəbər verir ki, yolun təmirinə bir ildən çoxdur, başlanılıb. Avtomobil yolunun asfalt örtüyü götürülüb, yeni asfalt salınması üçün əsaslı təmir işləri aparılıb. Hazırda yolun bir hissəsinin asfalt örtüyü döşənib.

es3es2

Qeyd edək ki, bu avtomobil yolu kifayət qədər işləkdir. Hər gün ziyarətgaha onlarla avtomobil gedib-gəlir. Yolun uzun müddət bu vəziyyətdə saxlanılması problem yaradırdı, ziyarətçilər əziyyət çəkirdi. Hətta qəzalara səbəb olurdu. Ötən müddətdə bu yolda bir neçə avtoqəza baş verib, nəticədə dünyasını dəyişənlər olub. Halbuki bu yolun təmirini bir neçə aya başa çatdırmaq mümkün idi.

Xatırladaq ki, TNS yolun uzum müddət belə vəziyyətdə olması ilə bağlı dəfələrlə tənqidi materiallar dərc edib.