Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

TNS yazdı, Naxçıvandakı vəzifəli şəxs iş adamının avtomobilini özünə qaytardı

Xəbər verdiyimiz kimi, paytaxt Bakıda fəaliyyət göstərən iş adamanın bahalı “Land Rover Defender” markalı avtomobilini Naxçıvanda əlindən almışdılar.

Avtomobili Naxçıvanda yüksək vəzifəli şəxs istifadə edirdi.

TNS məsələni ictimailəşdirdikdən sonra vəzifəli şəxs iş adamının avtomobilini geri qaytarıb.

Sahibkar avtomobilinin geri qaytarılması üçün Naxçıvan rəhbərliyinə müraciət etsə də, nəticəsi olmamışdı.

Mənbə deyir ki, iş admını külli miqdarda ziyana salan, avtomobilini alindən alan vəzifəli şəxsə Naxçıvan əhalisi arasında “canişin” deyirlər.

Hesab edirik ki, bu, çox ciddi məsələdir. Muxtar respublika rəhbərliyi, hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır. Vəzifəli şəxs sahibkarın avtomobilini niyə və necə özününküləşdirmək istəyib? Həmin bahalı avtomobili vəzifəli şəxs necə ələ keçirmişdi? Bütün bu suallara cavab tapılmalı, öz işi ilə məşğul olmayan, iş adamlarına problemlər yaradan vəzifəli şəxs cəzalandırılmalıdır. 

4ea4ba06-af94-460e-92e8-ce0a1996504e

ce547c39-54e8-4262-8654-f4bbd7a7a275