Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

“Naxçıvan Duz İstehsalı” MMC-də istehsal bərpa olunub

“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində duz istehsalı ilə bağlı yaranmış texniki problem aradan qaldırılıb. 

Bu barədə TNS-ə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda istehsal normal qaydada davam edir. Duzun ixracı isə gələn həftədən bərpa olunacaq.

Qeyd edək ki, bir müddətdir, paytaxt Bakıda fəaliyyət göstərən bir çox iri marketlərdə Naxçıvan duzu satışda mövcud deyil. Hazırda marketlərin əksəriyyətində yenə də Naxçıvanda istehsal olunan duz yoxdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən TNS-ə “Naxçıvan Duz İstehsalı” MMC-də istehsalla bağlı texniki problem yarandığı və ixracın dayandığı bildirilmişdi.

Aygün