Close

Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri istefa verib? - ŞOK

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyevin istefa verdiyi bildirilir.

Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.

Naxçıvanın Mərkəzi Seçki Komissiyasından TNS-in bu barədə sualına cavab verməyiblər. MSK-nın saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs sualı cavablandırmaqdan imtina edib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirildiyi ərəfədə Mərkəzi Seçki Komissiyası sədrinin istefası ciddi suallar yaradır.

Məlumata görə, MSK-nın şöbə müdiri Əli Qədimov da ərizə yazaraq işdən çıxıb. Yaxşı seçki təcrübəsi olan Əli Qədimovun da istefası ciddi məsələdir, müəyyən problemlərə yol aça bilər.

Naxçıvanda nə baş verir?