Close

Sabiq nazir Naxçıvan rəhbərliyini sərt tənqid etdi: “Ulu Öndər Heydər Əliyevə belə münasibət təəccüb doğurur” - FOTO

Naxçıvan Muxtar Respublikasında vəziyyət getdikcə ağırlaşır. Yarıtmaz idarəçilik muxtar respublikada problemlərin daha dərinləşməsinə səbəb olur. Vəziyyət o həddə gəlib çatıb ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində natəmizlik hökm sürür, baxımsızlıq ucbatından uçulub dağılanlar aylardır ki, təmir və bərpa olunmur.

Əlbəttə ki, bütün bunlar naxçıvanlıları narahat edir. Amma muxtar respublika sakinlərini hiddətləndirən Ümummilli Lider Heydər Əliyevə göstərilən sayğısızlıq, Ulu Öndərin adını daşıyan binaların baxımsız vəziyyətdə saxlanılmasıdır. Bunu bütün qırmızı xətlərin keçilməsi kimi qəbul edən Naxçıvan ziyalıları artıq dilə gəlib.

Muxtar respublikanın sabiq mədəniyyət naziri Sarvan İbrahimov “Facebook” səhifəsində Naxçıvandakı mövcud vəziyyəti sərt tənqid edib. Sabiq nazir Naxçıvan şəhərindən çəkdiyi fotoları da paylaşıb.

“Bura Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbin ərazisidir. Məktəbin ətrafı baxımsızlıqdan pis vəziyyətdədir. Məktəbin qarşısına qoyulan ticarət köşkü isə hər mənada yolverilməzdir. Ərazidə işıqlandırma sistemi sıradan çıxdığına görə, məktəbin həyətində Heydər Əliyevin abidəsi qaranlıq içərisindədir. Bu vəziyyət uzun müddətdir, davam edir. Ümummilli Liderin əziz xatirəsinə əlaqədar orqanların belə münasibəti təəccüb doğurur”, - Sarvan İbrahimov qeyd edib.

452231497_1517951472138789_570189338610621702_n

452139242_1517951572138779_7068283089474210706_n

452013664_1517951672138769_6634464530020214770_n

452102547_1517951705472099_2433373384480586602_n

452116233_1517951722138764_1055120086420143573_n

452189931_1517951782138758_4525000423677863906_n

452136835_1517951812138755_7359903967985250680_n