Close

07:35
18 Oktyabr 2024

Fuad Nəcəfli Naxçıvanda qonaqdır?

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Ali Məclisinin “Araz” Dövlət Qonaq Evində yaşayır.

Bu barədə TNS-ə Naxçıvandakı mənbələr məlumat verib.

Mənbənin bildirdiyinə görə, Fuad Nəcəfli Naxçıvana təyin olunduqda sonra “Araz” Dövlət Qonaq Evində yerləşdirilib. Bir müddət sonra o, muxtar respublikanın sabiq Baş naziri Əlövsət Baxşıyevin Naxçıvan şəhərindəki evinə köçüb. Ancaq bu evdə çox yaşamayıb, yenidən “Araz” Dövlət Qonaq Evinə qayıdıb.

Naxçıvanlıar indi haqlı sual verir: “Fuad Nəcəfli muxtar respublikaya ezamiyyətə göndərilib ki, qonaq evində qalır? Dövlət ona yüksək əməkhaqqı verir. Nəyə görə mənzil almır, yaxud, kirayə ev tutmur?”

Naxçıvanlıların maraqlı təklifi də var. Onlar dövlətdən xahiş edirlər ki, Fuad Nəcəflini bu “çətin vəziyyətdən” xilas etsin. Ona mənzil alması üçün kredit verilsin. Cənab Nəcəflinin evi, yaxud mənzili olsa, tək yaşamaq məcburiyyətində qalmaz, ailəsini Naxçıvana gətirər.

Üstəlik onun “Araz” Dövlət Qonaq Evində yaşaması dövlət üçün əlavə yükdür. Məlumatlara görə, Fuad Nəcəflinin bu qonaq evində yaşaması Naxçıvan Ali Məclisinə hər ay bir neçə on min manata başa gəlir. Fuad Nəcəflinin qaldığı qonaq evində təkcə spirtli içkilərə xərclənən vəsait 40 min manatdan çoxdur.

Bu barədə növbəti yazıda...