Close

Naxçıvanda intihara cəhdin qarşısı alınıb - VİDEO

Naxçıvan şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.

TNS xəbər verir ki, şəhərin Atatürk küçəsi 8 ünvanında yerləşən hündür binanının üstünə çıxan şəxs özünü oradan atmağa cəhd edib.

Məlumata görə, həmin şəxsin Qaraxanbəyli kəndinin Əyyub adlı sakinidir.

İntihara cəhd edən şəxs deyib ki, uzun müddətdir, işsizdir. Bu səbəbdən ailəsini dolandıra bilmir. O, vəziyyətin dözülməz həddə çatdığını, çıxış yolunu intihar etməkdə gördüyünü bildirib.

Vətəndaşla aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb.

Araşdırma aparılır.