Close

Naxçıvanda daha bir “kadr islahatı” – İndi 90-cı illər deyil ki, idman müəllimi daxili işlər naziri təyin edilsin...

Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdaretmə Birliyinə icraçı direktor təyin edilib.

TNS xəbər verir ki, bu vəzifəyə Vüsal Ələkbər oğlu Məmmədov gətirilib.

Qeyd edək ki, Vüsal Məmmədov Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri idi.

O, əvvəllər Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, "Naxçıvansığorta" ASC İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin köməkçisi vəzifələrində çalışıb.

Vüsal Məmmədov tibb işçisi deyil. Halbuki Azərbaycandakı analoji qurum olan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Tibb Universitetinin Müalicə işi fakültəsinin məzunudur. O, uzun illər həkim kimi fəaliyyət göstərib. Doğrusu da budur. Tibb müəssisələrinə rəhbərlik edən şəxs necə ola bilər ki, ixtisasca tibb işçisi olmasın? Bu, bilirsinizmi nəyə bənzəyir? Elə bil həkimi Ali Məhkəmənin sədri, iqtisadçını prokuror təyin etmisən. Axı indi 90-cı illər deyil ki, idman müəllimi daxili işlər naziri təyin edilsin!

Onun bu vəzifəyə təyin edilməsinin Naxçıvan ictimaiyyəti tərəfindən necə qarşılanacağını bilmədiklərindən təyinatla bağlı ictimaiyyətə məlumat verilmir.

449257549_966638105472003_5131319504825867890_n