Close

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yeniyetmə ölüb.

TNS xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində baş verib. "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. "VAZ 2106" markalı avtomobildə olan digər iki yeniyetmə - Şərur rayon Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.