Close

Naxçıvanda bu şəxslər təltif edilib

Naxçıvan Dövlət Universitetinin bir qrup əmakdaşına Naxçıvan Muxtar Respublikasının fəxri adları verilib, ali məktəbin iki əməkdaşı isə  “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.

TNS xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bu barədə sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Naxçıvan Muxtar Respublikasında tibb təhsilinin inkişafında səmərəli fəaliyyətlərinə görə Cəfərov Rauf Mehralı oğlu, Mustafayeva İlhamə Rafiq qızı, Rzayev Elmar İlqar oğluna “Əməkdar həkim”, Əsədov Elsevər Sabir oğlu, Məmmədov Bəhruz Qibləli oğluna “Əməkdar müəllim” fəxri adları verilib, Hüseynov Zaur Səbuhi oğlu və İbrahimov Mətləb Süleyman oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.